Partnyor material

Antiviruslar

Viruslar haqqında faydalı məlumat
14 DEKABR / 2020
Antivirus haqqında faydalı məlumat
Antiviruslar nə üçün lazımdır?

Təəssüf ki, bu gün də hətta qabaqcıl istifadəçilər belə əmindirlər ki, şübhəli saytlara daxil olunmursa, antivirusa ehtiyac yoxdur.

Ancaq tez-tez məyusedici təcrübələrdən sonra daha çox insanlar başa düşür ki, zərərli proqram təminatları müxtəlif üsullarla kompüterə gizlicə daxil ola bilər və bu sadəcə kompüterlə də məhdudlaşmır. Smartfon və planşetlər üçün təhlükələrin sayı durmadan artmaqdadır.

Antiviruslar nədən qoruyur?

Zərərli proqram təminatları

Hal hazırda çoxlu sayda zərərli proqram təminatları peyda olmaqdadır və viruslar da onların sinifləri arasında ən populyar olanı deyil. Böcəklər, troyan proqramları, bekdorlar, bloklayıcı və casusluq proqramları istifadəçiləri təhdid edir.

Təhlükə hər yerdə ola bilər— kompüter oyunlarının pirat versiyalarında, tanışların fleş kartlarında, sosial şəbəkələrdə və hətta mühafizə olunmayan qanuni saytlarda belə.

Zərərli proqram təminatları kiber cinayətkarlar tərəfindən xuliqanlıq məqsədilə deyil, şəxsi məlumatları (sosial şəbəkələrdə və ya oyun hesablarında istifadə olunan istifadəçi adı və şifrələr, iş və şəxsi yazışmalar, bank məlumatları) oğurlayaraq pul qazanmaq məqsədilə istifadə olunur.

Dələduzlar istifadəçinin kompüterindən (və ya smartfonundan) xəbərsiz istifadə edə bilərlər. Məsələn, hakerlər spam göndərə, virus düşmüş kompüterləri botnetlərə və mütəşəkkil kiber hücumlara qoşa bilərlər.

Fişinq

Fişinq istifadəçinin məxfi məlumatlarına – istifadəçi adı və şifrələrinə giriş əldə etmək məqsədi daşıyan İnternet fırıldaqçılığı növüdür.

Dələduzlar populyar sayt və ya bankların rəhbərliyinin adından məktublar, o cümlədən sosial şəbəkələr (məsələn, Facebook) daxilində şəxsi ismarışlar göndərirlər. Məktubda zahirən həqiqətdən fərqlənməyən sayta və ya yönləndirməli sayta keçid olur.

Belə bir səhifəyə daxil olarkən istifadəçi müəyyən sayta daxil olmaq üçün istifadə etdiyi istifadəçi adını və şifrəsini daxil edir, bu da fırıldaqçıların zərərçəkmiş şəxsin hesabı və ya bank hesabı üzərində nəzarət əldə etməsinə imkan verir.

İstifadəçinin diqqətli olması və sağlam düşüncəsi, məlumat təhlükəsizliyinin əsaslarını bilməsi və yenilənmiş antivirus versiyasının mövcud olması fişinq hücumlarından qorunmağa kömək edəcəkdir.

Mobil təhlükələr

Mobil cihazların populyarlığı artdıqca, onları hədəfə alan zərərli proqramların da sayı artmaqdadır.



Ağıllı telefonlar və planşetlər də eyni dərəcədə troyanlara və eksployt viruslara məruz qalırlar.

Uzun müddət ən geniş yayılmış təhlükə SMS troyanlar olmuşdur. Onlar İstifadəçinin müdaxiləsi olmadan pullu SMS göndərirdilər. İndi mobil ödənişlərin populyarlığının artması ilə mobil onlayn bankçılığa giriş məlumatlarını oğurlayan troyanlar daha çox yayılmışdır.

Mütəxəssislərin verdiyi proqnoza əsasən smartfon istifadəçilərinin sayı və mobil trafikin həcmi yalnız artacaqdır. Müvafiq olaraq da mobil təhlükələrin sayı da artacaqdır.